Hazırda güzəştli ipotekaya ilə bağlı evlər təkcə Bakıda tikilir. Bunun səbəbləri nələrdir?
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, bu evlər rayonda da, kəndlərdə də tikilməlidir: "Bunu etmək lazımdır ki, camaat öz rayonundan, kəndindən ev alsın".
Deputat, həmçinin ipoteka şərtlərinin dəyişdirilməlisinin labüd olduğunu vurğulayıb:
"Bakı ilə rayonlarda ipoteka şərtləri fərqli olmalıdır. Çünki şərtlər və şərait eyni deyil”.