Gələn il inflyasiya 5,3 % nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O bildirib ki, inflyasiyanın, əsas da ərzaq inflyasiyasının bazara təsirləri barədə düşünmək lazımdır:
"Aztəminatlı ailələrin sosial müdafiəsinin güclənməsi üçün tədbirlər görməyə ehtiyac yaranacaq. Sosial ödənişlərin artırılmasında ərzaq inflyasiyası nəzərə alınmalıdır. Ərzaq inflyasiyası birbaşa aztəminatlı ailələrə təsir edir”.