Modern.az

Deputat rayonlarda qaz limitinin ləğvini TƏKLİF ETDİ

Deputat rayonlarda qaz limitinin ləğvini TƏKLİF ETDİ

6 Noyabr 2023, 13:24

“Ucar rayonun əksər kəndlərində içməli su çatışmazlığı hələ də davam etməkdədir ki, bunun da səbəbi kəndlərdə tikilmiş su bulaqlarının sayının az, məsafəsinin uzaq və ya əlverişsiz yerlərdə olmasıdır. Mavi qaz yanacağının qiymətinin yüksək olması və qaz limitin azaldılması artıq kəndlərdə meyvə ağaclarının  məhv edilməsinə gətirib çıxarıb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisinin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deput Ramil Həsən bildirib. 

 

 “Buna görə də kənd əhalisinin, seçicilərin bizdən xahişi odur ki, heç olmasa qazın limiti ləğv edilsin ki, hər bir evdə rahatlıqla mavi qaz yanacağından istifadə olunsun. Bundan başqa, kəndlərdəki icra nümayəndəliklərində, uşaq bağçalarında hələ də qazlaşdırma işləri aparılmamışdır ki, bu da qış aylarında əmək intizamının və işin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

 

Eyni zamanda rayon ərazisində bankomatların azlığına görə ucqar kəndlərdə yaşayan əhali, pensiya, təqaüd və əmək haqqı almaq üçün hər ay rayon mərkəzinə getməli olurlar. Bu da xüsusən yaşlı insanların narazılığına və artıq yol xərcinə səbəb olur.    

 

Digər tərəfdən dərs yükünün 18 saatdan əvvəllər olduğu kimi 12 saata endirilməsi daha məqsədəuyğundur. Əgər belə olarsa, keçirilən dərslərin keyfiyyətində və həm də yeni iş yerlərinin yaradılmasında uğur qazana bilərik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI