Modern.az

Bakıda inflyasiya 10,1%-ə DÜŞÜB

Bakıda inflyasiya 10,1%-ə DÜŞÜB

7 Noyabr 2023, 16:10

2023-cü ilin yanvar-sentyabr aylarında inflyasiya 10,1% təşkil edib.

 

Modern.az bu barədə Bakı şəhəri Statistika İdarəsinə istinadən xəbər verir. Məlumata görə, 2023-cü ilin sentyabr ayında Bakı şəhəri üzrə inflyasiya avqust ayı ilə müqayisədə 0,4% artıb.

 

Qeyd edilib ki, 2023-cü ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,8 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 111,1 faiz təşkil edib.

 

2023-cü ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,3 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 109,8 faiz təşkil edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi