Modern.az

"Tesla" yeni elektromobil istehsal etməyi planlaşdırır

İqtisadiyyat

7 Noyabr 2023, 16:55

"Tesla" 25 min avroya büdcəyə münasib elektrik avtomobil istehsal etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

 

Agentlik mənbələrə istinadən bildirib ki, şirkət Berlin yaxınlığındakı zavodların birində büdcəli avtomobillər yığmağı planlaşdırır.

 

Bundan əvvəl şirkətin rəhbəri İlon Mask Qrünheydedəki zavoda baş çəkərək, müvafiq planlardan danışıb.

 

İstehsalın nə vaxt başlaya biləcəyi bilinmir, lakin "Tesla"nın səhmləri ABŞ-da artıq 3% artıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi