Modern.az

Nazirliyin kollektivi II Fəxri xiyabanı ziyarət etdi - FOTO

Nazirliyin kollektivi II Fəxri xiyabanı ziyarət etdi - FOTO

Aktual

8 Noyabr 2023, 09:00

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar II Fəxri xiyabanı ziyarət edib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, Respublikamızın ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi dərin ehtiramla yad olunub.

 

Qeyd edək ki, nazirliyin 210 əməkdaşı Vətən müharibəsində iştirak edib. Onlardan 5 nəfər qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bundan əlavə, müharibədə ailə üzvlərini itirən əməkdaşlar da var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım