Modern.az

Azərbaycan beynəlxalq hüququ özü bərpa etdi - Xarici ekspertlər

Azərbaycan beynəlxalq hüququ özü bərpa etdi - Xarici ekspertlər

8 Noyabr 2023, 14:34

“Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə dövlətin ərazi bütövlüyünün bərpa etmiş oldu.  Hərbi-siyasi qələbə etno-ərazi münaqişələrinin həlli üçün də bariz presedent hesab olunur.  Qarabağ münaqişəsində gördük ki, 30 il müddətində beynəlxalq institutların, vasitəçi ölkələrin qəsdən hərəkətsizliyi və iradəsizliyi diplomatik resursların tükənməsinə və dəyərdən düşməsinə səbəb olub”.

 

Bunu Modern.az-a açıqlamasında Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze bildirib.

 

Ekspert bildirir ki, Azərbaycan qələbəsi ilə beynəlxalq təşkilatların fəaliyyətsizliyini bir daha göstərmiş olub:

 

“Daha sonra bu proses hərbi gücdən istifadəyə şərait yaratmış oldu. Əslində Azərbaycanın qət etdiyi bu yolu öyrənilə biləcək dərs kimi də qiymətləndirmək olar.

 

30 ildə münaqişənin ədalətli həlli istiqamətində bir zərrə qədər də irəliləyiş əldə etməyən ATƏT-in Minsk Qrupunun səmərəsizliyi bu institutların indiki formada saxlanmasının məqsədəuyğun olmadığını bir daha diqqət mərkəzində saxladı.

 

Təbii ki, Azərbaycanın bu müharibədə qələbəsi Azərbaycanın özündə gedən ictimai-siyasi proseslərə də çox böyük təsir göstərib və yaxın gələcəkdə də göstərəcək. Bu, ilk növbədə, cəmiyyət daxilində konsolidasiyaya dəstəkdir.

 

Eyni zamanda çətin ki, indiki vaxtda ölkədə ciddi siyasi rəqibə malik ölkə lider və hakim partiya tapılsın.

 

Azərbaycan regionda öz mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib və beynəlxalq meqalayihələr üçün özünə güclü və etibarlı tərəfdaşlar tapa bilir.

 

Sonrakı sülh proseslərinə gəlincə, bu, bir çox yerli və regional amillərdən və beynəlxalq maraqlı tərəflərin (ABŞ, Aİ, Rusiya, İran, Türkiyə) münasibətlərindən asılıdır.

 

Bu, “3+3” formatının perspektivini, Zəngəzur dəhlizi probleminin həlli yolunu, Ukrayna münaqişəsi və digər münaqişələrdən sonra regionda və dünyada yaranacaq təhlükəsizlik arxitekturasını nəzərdə tutur. Təbii ki, çox şey Ermənistanda necə hökumət olacağından və onun sülh prosesində hansı mövqe tutacağından asılı olacaq. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması qüvvədə olsa da, sülh prosesi üçün risklər qalmaqdadır”. 

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix də Azərbaycanın qələbəsini uğurlu adlandırıb:

 

“Bu, Azərbaycan tarixində çox mühüm, qəhrəmanlıq məqamıdır. Ərazi birliyinin bərpası istiqamətində irəliləyiş əldə edilib. Qələbə Azərbaycan ordusunun regionda üstün mövqeyini göstərib. Diplomatik mübahisələr isə prosesi dalana dirənmişdi. Bu gün isə Qarabağda Azərbaycan hakimiyyətinin bərpası tarixin məntiqi dönüşüdür, gözlənilən və zəruridir. Azərbaycan xalqını Zəfər Günü ilə bağlı təbrik edirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI