Modern.az

Türk dünyasının Zəfər Günü: Xankəndidə hərbi parad tarixi ədalətin bərpasıdır

Türk dünyasının Zəfər Günü: Xankəndidə hərbi parad tarixi ədalətin bərpasıdır

8 Noyabr 2023, 16:00

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin üçüncü ildönümüdür. Noyabrın 8-də Xankəndidə Zəfər Günü ilə münasibətilə hərbi parad keçirilib.

 

Ali Baş Komandan İlham Əliyevin də iştirak etdiyi paradda Azərbaycan Ordusunun düşməndən qənimət kimi götürülən hərbi texnikaların bir qismi nümayiş etdirilib.

 

Xankəndidə hərbi paradın keçirilməsinin əhəmiyyəti nədir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan türkiyəli keçmiş diplomat Hulusi Kılıç söyləyib ki, paradın Xankəndində keçirilməsi tarixi ədalətin bərpasının dünyaya göstərilməsidir:

 

"Bu gun can Azərbaycanımızın zəfər günüdür. Bu günün Xankəndində qeyd edilməsi çox önəmlidir. Prezident İlham Əliyev "mən nəyix necə, nə vaxt edəcəyimi çox yaxşı bilirəm" demişdi. Bu gün onun sözlərinin sübutudur. Azərbaycan Xankəndidə hərbi paradın keçirilməsi ilə bütün dünyaya suverenliyin tam bərpa olunduğu mesajı verir".

 

Zəfər Günü münasibətilə Azərbaycan Prezidentini, birinci xanımı və Azərbaycan xalqını təbrik edən diplomat  vurğulayıb ki, bu gün həm də Türkiyənin, bütün türk dünyasının bayramıdır.

 

"Zəfər bayramının Əsgəran, Ağdərə, Xankəndidə keçirilməsi bir daha torpaqlar üzərində hakimiyyətin kimsə olduğunu göstərir. Prezident İlham Əliyev üstün bir lider olduğunu bir daha göstərmişdir. O, səbrlə gözlədi, antiterror əməliyyatları ilə Qarabağda yarım qalan işləri bitirərək Azərbaycan tarixində önəmli bir uğura imza atmışdır. Bu gün baş verənlər tarixi hadisələrdir. Azərbaycan xalqı bundan böyük qürur hissi duyur. Əlbəttə, bu qürur şəhidlərimizin sayəsində yaşanmaqdadır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhidlər olmasaydı, bu torpaqlar alınmazdı. Bu torpaqlar qanla vətən olmuşdur. Mən zəfər bayramını insanlıq var olduqca qeyd olunmasını arzu edirəm", - Hulusi Kılıç deyib 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
https://www.youtube.com/watch?v=BF6L1nRj5_E