“8 noyabr-Zəfər Günü” ilə bağlı, ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, idarə, təşkilat rəhbərləri, bir qrup şəhid ailələri, müharibə iştirakçıları və rayon fəallarının birgə iştirakı ilə Goranboy şəhərində ümumrayon bayram tədbirləri keçirilib.
Modern.az xəbər verir ki, keçirilən tədbirlər çərçivəsində, Şəhidlər Xiyabanı Abidə Kompleksini ziyarət edildi, Şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı, yürüş təşkil olundu, Heydər Əliyev parkında əl işləri və rəsm sərgisi, müxtəlif idman nümunələri, ədəbi-bədii kompozisiyalar, folklor və milli kulinariya nümunələri və bayram konserti nümayiş etdirildi.
Tədbirdə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş bütün Şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev, Ümummilli Lider Heydər Əliyev tərəfindən müasir və müstəqil Azərbaycanın əsasının qoyulduğunu, Ümummilli Liderin siyasi varisi, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın regionun lider dövlətinə çevrildiyini və Müzəffər Ali Baş Komandanın qətiyyəti, Rəşadətli Ordumuzun gücü ilə torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün tam təmin olunduğunu diqqətə çatdırdı. İcra Başçısı, bu möhtəşəm Zəfər Bayramı münasibəti ilə bütün rayon ictimaiyyətini təbrik etdi.