Modern.az

4 avtobusun hərəkət sxemi dəyişir

4 avtobusun hərəkət sxemi dəyişir

Aktual

8 Noyabr 2023, 20:54

Sabah Bakıda 4 marşrut avtobusunun hərəkət sxemi dəyişdiriləcək.

 

Modern.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə və Ceyhun Səlimov küçələrinin kəsişməsində su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə noyabrın 9-u saat 10:00-dan saat 14:00-a qədər asfalt-beton örtüyü qazılaraq bərpa işləri aparılacaq.

 

Təmir-bərpa işləri ilə əlaqədar həmin yol sahəsindən keçən 7A, 7B, 67 və 199 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində müvafiq dəyişikliklər edilərək fəaliyyətləri alternativ küçələrlə təşkil olunacaq.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım