Modern.az

"Azərişıq”ın iki əməkdaşını "tok" vurdu

Aktual

9 Noyabr 2023, 17:14

Bu gün Sumqayıtda "Azərişıq” ASC-nin iki əməkdaşını cərəyan vuraraq öldürüb.

Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Ceyranbatan ərazisində baş verib.

1968-ci il təvəllüdlü Mahir Daşdı oğlu Mirəliyev və 1985-ci il təvəllüdlü Nicat İbadət oğlu Mehbalıyev transformatorda iş görən zaman yüksək gərginlikli enerji vuraraq öldürüb.

Fakt araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım