Modern.az

Ağsuda ağır qəza - 10 nəfər yaralandı

Ağsuda ağır qəza - 10 nəfər yaralandı

Hadisə

9 Noyabr 2023, 19:35

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Ağsunun Qaraqoyunlu kəndindən keçən hissəsində baş verən qəzada 10 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, ilkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olan sürücü və sərnişinlər xəsarət alıblar. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 nəfər xəstəxanaya çatdırılıb.

 

Fakta bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi