Modern.az

6 ölkə "Ərəb Şengeni"ni təsdiqlədi

6 ölkə

Dünya

10 Noyabr 2023, 13:40

Altı körfəz ölkəsinin daxili işlər nazirləri Avropa İttifaqının (Aİ) Şengeninə bənzər vahid turist vizasını rəsmən təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Arabian Business" məlumat yayıb.

 

Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı , Qətər , Küveyt , Oman və Bəhreyn belə bir sənədi təsdiq edib.

 

Vizanın 2024-cü ildə fəaliyyətə başlayacağı gözlənilir.

 

Qeyd edək ki, "Ərəb Şengeninin” təsdiqi Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin 40-cı iclasında elan edilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…