Modern.az

Bakı ATƏT-in faktaraşdırıcı missiyasının işindən narazılığını açıqlayıb

Bakı ATƏT-in faktaraşdırıcı missiyasının işindən narazılığını açıqlayıb

Parlament

5 Sentyabr 2013, 15:30

Azərbaycan ATƏT-in Parlament Assambleyasında bu qurumun Dağlıq Qarabağa Suriyadan gətirilmiş ermənilərin yerləşdirilməsi faktlarını öyrənən faktaraşdırıcı missiyasının qeyri-qənaətbəxş işi ilə bağlı məsələni qaldırmağı planlaşdırır.

Bu barədə Modern.az-a Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib. Deputat qeyd edib ki, ATƏT-in faktaraşıdırıcı missiyasının fəaliyyəti ciddi narazılıq doğurub.

“Faktaraşdırıcı missiya gəlir və bildirir ki, “fakt araşdırıram”. Amma mən bilmirəm ki, faktaraşdırıcı missiya hansı faktı araşdırır. Fakt göz qabağaındadır, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bunun nə araşdırması var?”-deyə E.İbrahimov vurğulayıb.     

Onun sözlərinə görə, ATƏT-in bununla bağlı araşdırmalarının nəticəsi ortada yoxdur.

  “Ermənistan hakimiyyətinin ixtiyarı yoxdur ki, Azərbaycan torpaqlarına erməniləri Suriyadan və yaxud da hardansa gətirsin. Faktaraşdırıcı missiya araşdırmalıdır ki, Suriyadan gələn ermənilərin burada yaşamağa haqqı var və ya yoxdu. Faktı araşdırdı, bəs nəticəsi nə oldu? Bu hansı qanunlara əsaslanır onu deməlidir. Biz bu məsələləri ATƏT Parlament Assambleyasının iclaslarında qaldıracağıq”-deyə E.İbrahimov qeyd edib.  

Aytən ƏLİYEVA  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...