Nazir Mikayıl Cabbarovun Təhsil Nazirliyində apardığı struktur dəyişikləri nəticəsində bəzi şöbələr ləğv edilərək, birləşdirilib, şöbə müdirlərinin isə ya vəzifələri dəyişdirilib, ya da istefaya göndərilib. Aparılan struktur dəyişiklərindən biri də Ümumi şöbə ilə İctimaiyyətlə əlaqə şöbəsinin birləşdirilərək, onların bazasında İnformasiya şöbəsinin yaradılmasıdır.
Nazirin əmri nəticəsində ləğv edilən şöbələrin də müdirləri avtomatik olaraq vəzifədən azad olunublar.
Son struktur dəyişikliyindən sonra ləğv edilən İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadənin işdən azad olunması haqqında mətbuatda müxtəlif yazılar dərc olunub.
Modern.az saytı Bayram Hüseynzadə ilə əlaqə saxlamağa çalışsa da, bu, mümkün olmayıb.
Təhsil Nazirliyinin İnformasiya şöbəsindən Bayram Hüseynzadənin məzuniyyətdə olduğu və birinci gün işə çıxacağını bildiriblər. Amma onun vəzifədə qalıb-qalmadığına və ya yeni şöbədə hansı vəzifəyə təyin edildiyinə aydınlıq gətirilməyib.
Aytən ƏLİYEVA