Modern.az

Bu ölkədə fövqaladə vəziyyət elan edildi

Bu ölkədə fövqaladə vəziyyət elan edildi

Dünya

11 Noyabr 2023, 16:16

İslandiya hökuməti ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
 

 

Hökumət vulkan püskürməsi təhlükəsi ilə əlaqədar ölkənin cənub-qərbində yerləşən Qrindavik şəhərinin minlərlə sakininin təxliyəsi barədə göstəriş verib.


Bildirilir ki, oktyabrın sonundan bu yana Reykjanes yarımadasında 24 mindən çox təkan qeydə alınıb, bir gün əvvəl isə 800 zəlzələ baş verib. Ötən gün paytaxt Reykyavikdə və ölkənin cənub sahillərinin böyük hissəsində iki güclü zəlzələ hiss olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir