Modern.az

Azərbaycanda “Xalq artisti”nə 100 manat, “Əməkdar artist”ə 60 manat verilir

Azərbaycanda “Xalq artisti”nə 100 manat, “Əməkdar artist”ə 60 manat verilir

5 Sentyabr 2013, 17:47


Maliyyə Nazirliyi Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adı olan şəxslərin sayını və onlara dövlət başçısının sərəncamından sonra ödəniləcək aylıq təqaüdlərin miqdarını açıqlayıb.

Prezident İlham Əliyev avqustun 26-da fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqda sərəncam imzalayıb. Təqaüdün məbləği iki dəfə artırılaraq “Xalq” fəxri adı üçün 100 manat, “Əməkdar” fəxri adı üçün 60 manat müəyyən edilib.

Sentyabrın 5-də Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev “Media forum” saytına deyib ki, hazırda Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adları olan 4600 nəfərə yaxın  şəxs var. Onlara aylıq təqaüdlərin ödənilməsi üçün 2013-cü ilin 1 sentyabradək hər il 1 milyon 700 min manatdan çox vəsait yönəldilib. Prezident İlham Əliyevin fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqda sərəncamından sonra bu məbləğ iki dəfə artaraq 3 milyon 500 min manat olub.

Beləliklə, 2013-cü ilin sentyabrından Azərbaycanda “Xalq” və “Əməkdar” fəxri adı olan şəxslərin aylıq təqaüdlərinin ödənilməsi üçün hər il 3 milyon 500 min manat tələb olunacaq.

Maliyyə Nazirliyinin mətbuat katibi onu da qeyd edib ki, fəxri adlara görə aylıq təqaüdlərin artımı ilə bağlı həm 2013-cü ilin qarşıdakı dörd ayı, həm də 2014-cü il üçün maliyyə təminatı məsələsi öz həllini tapıb.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular