İsmayıllı rayonunda zəlzələ olub.
Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.
Maqnitudası 2,9, dərinliyi 7 km olan zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.
Qeyd edək ki, bu gün səhər saatlarında da İsmayıllıda zəlzələ baş verib.