Bu gün kənd təsərrüfatı naziri İsmət Abbasov KİV nümayəndələrinin iştirakı olmadan, heç bir xəbərdarlıq etmədən Dənizkənarı bulvarın yaxınlığında yerləşən Dəniz vağzalının salonunda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına baş çəkib.
Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir yaradılmış şəraitlə yerində tanış olub, bal istehsalçıları və alıcılarla söhbət edib, balın keyfiyyəti və qiyməti ilə maraqlanıb, ölkəmizdə arıçılığın inkişafı ilə bağlı məsləhət və tövsiyələrini verib. Nazir yarmarkaya gələn bal istehsalçılarının çoxluğunu nəzərə alaraq, növbəti ildə daha geniş ərazidə bal yarmarkasının təşkil olunmasını söz verib.
İsmət Abbasov yarmarkadan bal da alıb.