Modern.az

Mbappedən gələcəyi ilə bağlı AÇIQLAMA

Mbappedən gələcəyi ilə bağlı AÇIQLAMA

12 Noyabr 2023, 14:07

PSJ-nin futbolçusu Kilian Mbappe klubdakı gələcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

 

Modern.az "Marca"ya istinadən xəbər verir ki, Mbappe: “Mən indi bu barədə danışmaq istəmirəm. İndi düzgün vaxt deyil. Mənim üçün ən vacib olan futbol oynamaqdır”, - deyib.

 

Daha əvvəl "Real"ın yay transfer pəncərəsində yenidən Mbappeni almağa çalışacağı haqda xəbərlər yayılmışdı. 

 

Xatırladaq ki, 24 yaşlı hücumçu 2018-ci ilin yayından PSJ-də oynayır. Onun Fransa təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi