Modern.az

2 gündə 3 təkan: İsmayıllıda niyə ard-arda zəlzələ olur?

2 gündə 3 təkan: İsmayıllıda niyə ard-arda zəlzələ olur?

Hadisə

13 Noyabr 2023, 10:36

Son iki gündə İsmayıllı rayonunda 3 dəfə zəlzələ qeydə alınıb. Noyabrın 11-də yerli vaxtla saat 08:00-da 3 bal gücündə, həmin gün saat 22:46-da 2.9 bal gücündə zəlzələ baş verib. Sosial şəbəkələrdə zəlzələnin hiss edildiyi barədə məlumatlar yayılıb. 

 

Noyabrın 13-də saat 02:50-də baş verən 3 maqnitudalı zəlzələnin episentri isə 7 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb. 

 

Ard-arda baş verən zəlzələlər barədə xəbərlər insanlar arasında təşviş yaradıb. İsmayıllıda qısa müddətdə 3 zəlzələnin baş verməsinin səbəbi nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli bildirib ki, İsmayıllıda baş verən zəlzələ elə də böyük problem deyil:

 

“İsmayılladakı açıq xırda təkanlarla aktivlik göstərir. Baş verən təkanlar zəifdir. Təkanların əksəriyyəti heç hiss olunmur. Ötən günlər baş verən zəlzələlər hiss olunub. Lakin onların heç bir problemi yoxdur”, - o vurğulayıb.

 

Q.Yetirmişli başqa rayonlarda zəlzələ gözlənilib-gözlənilmədiyi məsələsinə də toxunub:

 

“Digər rayonlarda da xırda təkanlar olur. Lakin həmin təkanlar da hiss olunmur. Aktiv bölgə olduğuna görə bu təkanlar olmalıdır. Buna baaxmayaraq, elə güclü, dağıdıcı zəlzələ gözlənilmir”.

 

Qeyd edək ki, Azərbaycanda bir sıra seysmik aktiv zonalar var: Şamaxı-İsmayıllı, Quba-Şabran, Talış zonası və Naxçıvan. Zaqatala, Qax, Oğuz, Şəkinin də daxil olduğu zolağın seysmik ocaqları var. Bundan başqa, Kiçik Qafqaz, Gəncə və Qarabağ seysmik aktiv zonalardır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?