Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərə son xəbərdarlığını edib.
Modern.az-ın mlumatına görə, TQDK-nın müraciətindən bildirilib ki, 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı bu gün - 6 sentyabr saat 17:00-da başa çatır .
Qeyd edilib ki, qeydiyyat müddəti uzadılmayacaqdır.
Həmin vaxta qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.
Modern.az