Modern.az

Maliyyə naziri hərbçilərin sosial təminatından DANIŞDI

Maliyyə naziri hərbçilərin sosial təminatından DANIŞDI

13 Noyabr 2023, 11:38

Növbəti ilin dövlət büdcəsinin xərclərinin əsas prioritet istiqamətləri müdafiə və milli təhlükəsizlik, Qarabağa Qayıdış olacaqdır. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov bildirib. 

 

“Belə ki, müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərinin 17,5 %-i həcmində və ya 6 milyard 421 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2023-cü illə müqayisədə 366 milyon manat və yaxud 6 % çoxdur. Həmin vəsait ordumuzun qüdrətinin daha da artırılması, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi, silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi, hərbçilərin sosial təminatının, xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində maliyyə təminatını yaradacaq. Eyni zamanda Qarabağa qayıdış üçün isə dövlət büdcəsindəm 10,9% və yaxud 4 milyard manat ayrılıb”,- deyə nazir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI