Modern.az

Gələn həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

Gələn həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

6 Sentyabr 2013, 11:48

Sentyabrın 9-da və 10-da 2013-2014-cü tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanı keçiriləcək.

“Baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsində qəbul imtahanı keçirilir”. Modern.az xəbər verir ki, TQDK-nın şöbə müdiri Natiq Əliyev bildirib ki, imtahanda iştirak etmək üçün 1297 nəfər elektron ərizə doldurub. Onlardan 942-si qız, 355 nəfəri oğlandır. İmtahan Azərbaycan Tibb Universitetinin 1 və 4-cü tədris binalarında, Naxçıvan şəhərində bir binada keçiriləcək.

Qəbul imtahanı iki mərhələdə test üsulu ilə olacaq. Birinci mərhələ sentyabrın 9-u, ikinci mərhələ imtahanı sentyabrın 10-da baş tutacaq.

Eyni zamanda sentyabrın 10-da eyni zamanda daxili işlər orqanlarında vakant yerlərə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək. Sənədlərin qəbulunu Daxili İşlər Nazirliyi həyata keçirib. İmtahanda namizədlər 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Suallardan 80-i qanunvericilik, 20-si məntiqə aiddir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə -müsahibəyə buraxılacaqlar.  

Aytən Əliyeva
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular