Modern.az

Palata sədri büdcə ilə bağlı parlamentdə nə təklif etdi...

Palata sədri büdcə ilə bağlı parlamentdə nə təklif etdi...

Parlament

13 Noyabr 2023, 14:34

“Dövlət büdcəsinin parametrləri bir sıra fərziyyələrə və sosial-iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq proqnoz edilir. 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş məlumatlara əsasən, növbəti ildə ölkə iqtisadiyyatında makroiqtisadi çərçivənin əlverişli olacağı, iqtisadi artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnənin olacağı nəzərdə tutulmuşdur. Eyni zamanda, baza kimi istifadə olunan makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasında “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji məqsədlər üzrə hədəfləri nəzərə alınmışdır. Aparılan qiymətləndirmələr baza ssenaridə əsas şərtlər yerinə yetiriləcəyi təqdirdə makroiqtisadi çərçivənin reallaşacağını deməyə imkan verir”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. 


 "2024-cü il üçün dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlərdə bir sıra yeniliklər tətbiq edilmiş, keyfiyyətin artırılması istiqamətində addımlar atılmış, Hesablama Palatasının tövsiyələri nəzərə alınmışdır.


İlk dəfə olaraq, məqsədli proqram və tədbirlərə dair ayrıca sənəd büdcə sənədləşməsinə daxil edilib. Proqramlılıqla bağlı məlumatlar əsasən maliyyə xarakterli olub. Proqramlılığa dair qabaqcıl təcrübədə maliyyə xarakterli göstəricilərlə yanaşı, qeyri-maliyyə xarakterli (səmərəlilik göstəriciləri) məlumatlar da yer alır.
Eyni zamanda bildirmək istəyirəm  ki, dövlət proqramlarının maliyyə təminatı hər bir icraçı qurumun xərclərində ayrıca göstərilmir. Hesab edirik ki, sahə nazirlikləri üzrə proqramlılıqla bağlı xərclərin uçot və hesabatlılığının gücləndirilməsinə, eyni zamanda proqramlar üzrə xərclərin büdcələşməsi meyarlarına dair metodoloji bazanın təkmilləşdirilməsinə zərurət mövcuddur.


DİM-lərin maliyyələşdirilməsi istiqamətində görülmüş tədbirlərə və əvvəlki dövr üzrə çağırışların ortamüddətli dövrdə aktuallığına dair məlumatların verilməsini, fiskal risklərlə bağlı əvvəlki illərə nisbətən qiymətləndirilmənin artırılmasını müsbət addımlara aid edə bilərik.


Bu sahədə aparılan hesablamalara əsasən 2022-ci ildə icmal büdcə xərclərinin 82%-i DİM-lərin maliyyələşdirilməsi ilə əlaqəli olmuşdur. Lakin büdcə sənədləşməsində proqnozlaşdırılan dövr üçün aidiyyəti məlumatlara rast gəlinmir. Bu sahədə işlərin davam etdirilməsini, ölkənin ən vacib strateji sənədinin tədbirlərinin DİM-lər üzrə büdcə işarələnməsinə uyğun olaraq proqnoz məlumatların Zərfdə əks etdirilməsini təklif edirik”,-deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI