Modern.az

“Dövlət satınalmaları haqqında” qanun gözlənilən rola malik olmadı - Sədr

“Dövlət satınalmaları haqqında” qanun gözlənilən rola malik olmadı - Sədr

Aktual

13 Noyabr 2023, 14:54

“Təşkilatlar üzrə planlaşdırma işinin keyfiyyətinə diqqətin artırılmasını təklif edirik. Təşkilatlar üzrə planlaşmanın keyfiyyətli yanaşmasının olmaması, icra prosesində dəyişikliklərin, o cümlədən yerdəyişmələrin artımına, satınalma prosedurlarının müvafiq qaydada aparılmamasına, büdcə intizamının aşağı olmasına səbəb olur.
Bu baxımdan nəticəəsaslı büdcə islahatının genişləndirilməsi dövlət maliyyəsinin idarəedilməsi sahəsində gündəmdə olan məsələlərdəndir”. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

 

“Büdcə layihəsində göründüyü kimi, yeni büdcə modelinin proqnozlaşdırılan xərclərinin ümumi büdcədə payı 16,4% nəzərdə tutulub. Aparılan təhlillər göstərir ki, yeni büdcə modelinin keçirildiyi dövr üçün gözlənilən nəticələrə tam nail olunmayıb. Hesab edirik ki, bu islahata sadə şəkildə tədbirlərin maliyyələşdirilməsinə imkan verən model kimi baxılmamalıdır. Sahə nazirlikləri bu islahatın fəlsəfəsini daha dərindən öyrənməyə çalışmalı, vəsaitlərin hədəflərlə uzlaşmasının təmin edilməsi sahəsində çağırışlara adekvat reaksiya verməlidirlər. Ümumiyyətlə, nəticəəsaslı büdcənin həm hüquqi bazası üzrə işlərin sürətləndirilməsini, həm də büdcə təqviminin yenilənməsini vacib hesab edirik.

 

Məlum olduğu kimi, növbəti ilin əvvəlindən satınalmalarla bağlı yeni Qanun qüvvəyə minəcəkdir. Hal hazırkı “Dövlət satınalmaları haqqında”  qanun 22 il qüvvədə olub. Bu illər ərzində 110-dan, o cümlədən 75-dən çox mahiyyəti üzrə dəyişikliklər edilib. Lakin qüvvədə olan Qanun və onun tətbiqi ilə bağlı mexanizmlər, son üç il qismən istisna olmaqla, dayanıqlı meyarların müəyyən edilməsi və ümumiyyətlə təşkilatların fəaliyyətinin nəticəliyinin artırılmasında gözlənilən əhəmiyyətli rola malik olmadı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...