Azərbaycanın artım tempi dünyanın artım tempindən aşağıdadır.
Modern.az xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
“Azərbaycan üçün sağlam artım tempi 5 %-dir. Buna ölkədə islahatları dərinləşdirməklə, ciddi addımlar atmaqla nail olmaq olar. Bundan əlavə innovasiyon məhsul artımı olmalıdır. Ölkədə yeni innovasiyon məhsul bütün məhsulun 0,5 %-nə bərabərdir. Azərbaycan sənayesinin 90 %-dən çoxu Bakı və Abşeronda yerləşir. Məhz buna görə tək paytaxta yox regionlarda da innovasiyon artıma getmək lazımdır”, - deyə deputat bildirib.