Modern.az

Bakıda saxlanılan Livan ermənisinin arvadı İrəvandan kömək istədi

Bakıda saxlanılan Livan ermənisinin arvadı İrəvandan kömək istədi

13 Noyabr 2023, 16:34

2020-ci ildəki 44 günlük müharibədən sonra Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Livan əsilli erməni terrorçu Vigen Euljekyanın arvadı Ermənistandan kömək istəyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Vigen Euljekyanın arvadı Linta İlçekean ərinin azad olunması üçün bir sıra addımların atıldığını deyib, lakin bunlar nəticəsiz qalıb. Qadın ümid etdiyini bildirib ki, onun sözləri Ermənistan icmalarına və diaspora çatacaq və onlar Vigeni xilas etmək üçün addımlar atacaqlar.


Linta İlçekean Bakıda həbsxanada saxlanılan həyat yoldaşı ilə nadir hallarda ünsiyyət saxlaya bildiyini deyib və onun səhhətindəki problemlərə görə narahat olduğunu vurğulayıb.

Xatırladaq ki, Livan ermənisi Vigen Euljekyan birgə yaşadığı Maral Nacaryan adlı digər bir qadınla 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Qarabağda saxlanılmışdı.

Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdilər. Hər iki şəxs Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdiş.
Saxlanıldan sonra Vigen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər