Modern.az

Ermənistan Müdafiə Nazirliyindən Fransadan hərbi texnika alınması xəbərinə REAKSİYA

Ermənistan Müdafiə Nazirliyindən Fransadan hərbi texnika alınması xəbərinə REAKSİYA

Aktual

13 Noyabr 2023, 16:46

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan İrəvanın Fransadan hərbi texnika alması barədə xəbərlərə münasibət bildirib.

Modern.az xəbər verir ki, A.Torosyan Fransanın Ermənistana hərbi texnika göndərdiyinə dair teleqram kanalları vasitəsilə yayılan məlumat və fotoşəkillər haqda açıqlamasında geniş danışmaq istəməyib.

“Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair rəsmi hesabat və bəyanatlardan başqa, hazırda biz heç bir əlavə məlumat verə bilmərik”, - deyə Aram Torosyan qeyd edib.
 

Xatırladaq ki, İrəvan və Paris bu il oktyabrın 23-də müdafiə sektorunda əməkdaşlıq haqqında saziş imzalayıblar. İnternetdə yayılan xəbərlərə görə, Fransa Ermənistana xeyli sayda “Bastion” çoxfunksiyalı zirehli texnika göndərib.

Həmin texnikanın Gürcüstan vasitəsilə Ermənistana daxil olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...