Modern.az

İrandakı zəlzələ Naxçıvanda hiss edildi - YENİLƏNİB

İrandakı zəlzələ Naxçıvanda hiss edildi - YENİLƏNİB

Aktual

13 Noyabr 2023, 20:23

Türkiyə-İran sərhədində baş verən zəlzələ Naxçıvanın bir neçə rayonunda hiss edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Heydərabad stansiyasından 40 km cənub-qərbdə, Türkiyə-İran sərhəddində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-nın Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunub.

 

Yerli vaxtla saat 18:58-də qeydə alınan zəlzələ yerin 10 kilometr dərinliyində olub.

 

***

Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olunub.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a bildirilib ki, Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanda hiss olunub.

 

Qeyd edilib ki, Türkiyə-İran sərhəddində zəlzələ qeydə alınıb.

 

Zəlzələ Naxçıvan MR ərazisində 3 bala qədər hiss olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...