Modern.az

Ermənistana göndərilən Fransa texnikaları barədə ŞOK DETALLAR

Ermənistana göndərilən Fransa texnikaları barədə ŞOK DETALLAR

Aktual

13 Noyabr 2023, 20:45

Fransa mətbuatı yerli istehsal "Bastion" zirehli texnikalarının Ermənistana çatdırılmasını təsdiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Ouest France" nəşri yazıb.

 

Bildirilir ki, "Arquus" şirkəti tərəfindən istehsal olunan yüngül zirehli maşınlar kiçik silahlardan atəşə və minalara qarşı müdafiəni təmin edir. Maşın səkkiz əsgərdən ibarət döyüş qrupunu daşıya bilər.

 

"12,5 tonluq bu hərbi maşınlar ilkin olaraq Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev onları artilleriya atəşi və tank əleyhinə raketlərdən çox zəif qoruduğunu hesab edirdi", - nəşr qeyd edib.

 

Paris isə Ukraynanın zəif hesab etdiyi həmin maşınları himayədarlıq etdiyi Ermənistana göndərib. Bu maşınların Gürcüstanın Poti limanından keçərək dəmir yolu ilə Ermənistana tərəf aparıldığı bildirilir.

 

Həmçinin məqalədə Fransa xarici işlər nazirinin Ermənistana səfəri, səfər zamanı Parisin bu ölkəyə hərbi texnika çatdırılmasına razılıq verməsi, eləcə də Ermənistan müdafiə nazirinin Fransaya səfəri, bu səfər çərçivəsində bir neçə sazişin imzalanmasından bəhs edilib.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...