“Təəssüf hissi ilə qeyd edirik ki, 10 milyon əhalisi olan ölkə üçün 34 milyard manat gəlirləri olan büdcə olduqca kiçikdir. Onun da çox hissəsi Dövlət Neft Fondundan transferdir. Əgər Dövlət Neft Fondundan transferlər çıxılarsa, 2024-cü ilin büdcəsi 2022-ci illə müqayisədə azdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Qüdrət Həsənquliyev deyib.
"İqtisadiyyatmızın neft gəlirlərindən asılılığına son qoyulması üçün ciddi islahatları həyata keçirməliyik. Son vaxtlar sanki durğunluq dövrünə qədəm qoymuşuq. Azad edilmiş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manatlıq satınalamalar keçirilir. Dövlət iqtisadiyyatda fəal iştirak etməli deyil, sadəcə tənzimləyici xarakter daşımalıdır”,- deyə o bildirib.