Modern.az

Yol kənarında ov tüfəngi tapıldı

Yol kənarında ov tüfəngi tapıldı

Aktual

14 Noyabr 2023, 12:06

Şabran rayonunda yol kənarından odlu silahlar tapılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

 

Bundan başqa, RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından müxtəlif markalı 3 ədəd ov tüfəngi aşkar edərək götürüblər.

 

Faktlar üzrə Şabran RPŞ-də müvafiq araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...