Modern.az

Ermənistanda hərbi çağırışçı sayı ildən-ilə AZALIR

Ermənistanda hərbi çağırışçı sayı ildən-ilə AZALIR

Aktual

14 Noyabr 2023, 12:48

“Əlimizdə statistik rəqəmlər göstərir ki, çağırışçılarımızın sayı ildən-ilə azalıb, bu narahatlıq doğurur”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu parlamentin deputatı Hayk Sarkisyan jurnalistlərə açıqlamasında deyib.

O, çağırşçı sayının azalmasının son 15 il ərzində müşahidə olunduğunu qeyd edib.

Deputatın sözlərinə görə, vətəndaşlar xidmət etmək istəmir, müxtəlif yollarla ölkədən gedir, vətəndaşlıqdan çıxırlar.


Sarkisyan 2010-2019-cu illərdə çağırışçılarla bağlı məlumatları təqdim edib:
 

“2010-cu ildə bizdə 44 mindən çox çağırışçı var idi və sonrakı 9 ildə bu rəqəm 44 faiz azalıb. Hərbi qulluqçuların sayı 44 mindən 24 minə düşüb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...