Modern.az

Füzulidəki “Cuvarlı döyüşü”ndə 20 erməni məhv edilib - Ermənilər yazır

Füzulidəki “Cuvarlı döyüşü”ndə 20 erməni məhv edilib - Ermənilər yazır

14 Noyabr 2023, 13:12

Ermənistan mətbuatı 12 oktyabr 2020-ci il tarixində baş vermis döyüş barədə yazıb. Qeyd edilib ki, həmin tarixdə Füzuli rayonunun Cuvarlı kəndi ərazisində pusquya salınan “Tsor” qrupunun 20 nəfər döyüşçüsü Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

Modern.az-ın məlumatına görə, döyüş barədə Ermənistan KİV-də şahid ifadələri dərc olunub. İfadələr göstərir ki, bu döyüş ermənilərin gözünü ciddi şəkidlə qorxudub.

Müharibə dayanandan bir neçə ay sonra - 2 aprel 2021-ci il tarixində məhv edilən erməni hərbçilərin qohumları Cuvarlı kəndinə gedərək, meyit qalıqlarının axtarılması işlərində iştirak ediblər. Onları Beynəlxalq Qızıll Xaç Komitəsi və Azərbaycan tərəfi müşayiət edib.
 

Xatırladaq ki, Cuvarlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu kəndi oktyabrın 17-də işğalçılardan azad edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI