Cənubi Koreya avtomobil istehsalçısı "Hyundai" ABŞ fabriklərində çalışan işçilərin əmək haqqını 25% artıracağını bildirib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, artım 2028-ci ilə qədər olan mərhələlərlə baş verəcək.
İlk artım 2024-cü il yanvarın 1-də baş verəcək - 14%. Bundan əvvəl ABŞ-da işçilərin əmək haqlarının artırılması ilə bağlı oxşar bəyanatlar digər Asiya istehsalçıları - "Honda" və "Toyota" tərəfindən də verilmişdi.
Oktyabr ayında "General Motors", "Ford" və "Chrysler" öz növbəsində bir neçə il ərzində işçilərin əmək haqqını 25-30% artırmaq, pensiya töhfələri və tibbi sığorta şərtlərini yaxşılaşdırmaq və s. qərarına gəlib.