Modern.az

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Aktual

15 Noyabr 2023, 10:14

Noyabrın 14-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 36 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

 

Həmçinin, ötən gün vətəndaşlar tərəfindən 36 fakt üzrə silah-sursat polisə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...