Modern.az

Avrasiya Patent İdarəsinin prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Avrasiya Patent İdarəsinin prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Aktual

15 Noyabr 2023, 13:12

Ölkəmizdə rəsmi səfərdə olan Avrasiya Patent Təşkilatının (APT) icraçı orqanı olan Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyevin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, qonaqlar Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklil qoyublar. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...