Modern.az

Vaqif Yusifli: “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi yenidən yazılmalıdır”

Vaqif Yusifli: “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi yenidən yazılmalıdır”

7 Sentyabr 2013, 11:51


Modern.az
-da XIX əsr Azərbaycan ədəbiyyatının tədqiq və tədrisinə dair Məti Osmanoğlunun mülahizələrinə tənqidçi, filologiya elmlər doktoru Vaqif Yusiflidən dəstək gəldi.

“Təbii ki, XIX əsr Azərbaycan ədəbiyyatı tarixinə aid yeni dərsliyə ehtiyac var. Sovet dövründə bu dövrə aid yazılan dərsliklərin çoxu qüsurludur. Onlar daha çox sovet ideologiyası standartlarına cavab verir. Amma müstəqillik illərində qismən də olsa, bu dövrə münasibət dəyişib. Əvvəllər Axundov sırf din əleyhinə mübarizə aparan ateist kimi göstərilirdi. Təbii ki, əsərlərində ateizm var idi. Amma o bunları nəyin naminə edirdi, bax bu artıq yavaş-yavaş ortaya çıxır. Hər şey real olaraq yazılmalıdır. Bu dövrün həqiqətlərini təzədən məna vermək və yenidən baxmaq lazımdır, amma dəyişdirmək yox“.  

Elmin Nuri
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu