Modern.az

Axtarışda olan şəxs İrana qaçarkən SAXLANILDI

Axtarışda olan şəxs İrana qaçarkən SAXLANILDI

16 Noyabr 2023, 14:48

Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza