Modern.az

Məhkəmə nazirliyə "yox" dedi: Hərbçinin şəhid statusu ləğv edilmədi

Məhkəmə nazirliyə

Aktual

16 Noyabr 2023, 14:50

Bakı Apellyasiya Məhkəməsində Səlimov Zahid Məmmədzayid oğluna şəhid statusunun verilməsi ilə bağlı qərardan Müdafiə Nazirliyi tərəfindən verilən şikayətə baxılıb.

 

Modern.az-ın xəbərinə görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov 2022-ci ilin may ayında hərbi hissəyə təminat aparan zaman Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirib. Yol qəzasında həlak olduğuna görə ona şəhid statusu verilməyib. Ailəsi Zahidə şəhid statusunun verilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Hakim Aysev Amazovanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub. Bundan sonra cavabdeh qurum apellyasiya şikayəti verib. 

 

Xatırladaq ki, Z.Səlimov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

1298318

1298317

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...