Modern.az

Sakinlərdən 41 tüfəng götürüldü

Sakinlərdən 41 tüfəng götürüldü

Aktual

16 Noyabr 2023, 18:25

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbir keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Həmçinin, cari il ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı vətəndaşlardan müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 41 ədəd ov tüfəngi götürülərək aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...