Modern.az

Azərbaycanda şok hadisə: Şagirdlər "Hepatit" virusuna yoluxdular

Azərbaycanda şok hadisə: Şagirdlər

Ölkə

16 Noyabr 2023, 18:10

Mingəçevirdə 5 şagird "Hepatit A" virusuna yoluxub.

 

Bu barədə Modern.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi nümayəndəsi Rüstəm Aslanov bildirib

 

"Şagirdlərdən biri Mingəçevir Şəhəri 8 saylı tam orta məktəbin, iki nəfər Ruslan Muradov adına texniki-humanitar liseyin şagirdləridir. Digər iki şagird isə məcburi köçkün məktəbində təhsil alırlar. Mehdi Elbrus oğlu Əsgərzadə Mingəçevir Şəhəri 8 nömrəli tam orta məktəbi 7ç, Məhəmməd Əli Oğlu İbrahimli Ruslan Muradov adına texniki-humanitar liseyin 10 a, Elşən Pərviz oğlu Abdullayev isə 9d sinif şagirdir", - R.Aslanov deyib.

 

Rüstəm Muradov uşaqların artıq Bakıya göndərildyini qeyd edib:

 

"Hepatit A" sarılıq sayılır. Uşaqlar, artıq Bakıya göndərilib. Mütəmadi olaraq uşaqların vəziyyətilə maraqlanacağıq.Hələlik bu qədər məlumatımız var".

 

Qeyd edək ki, "Hepatit A" (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçir.  Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da "Hepatit A" virusuna yoluxma riski daha çoxdur. "Hepatit A" xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama