Modern.az

\"Hepatit\"ə yoluxan şagirdlərlə bağlı rəsmi AÇIQLAMA

\

16 Noyabr 2023, 20:52

Son bir həftə ərzində 5 nəfər (4-ü oğlan, 1-i qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

 

Müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib. Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama