Modern.az

Goranboyda silah-sursat aşkarlandı

Goranboyda silah-sursat aşkarlandı

17 Noyabr 2023, 09:24

Goranboy Rayon Polis Şöbəsinə Rayonun Goran çayı sahilində silah-sursat olması barədə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan 4 ədəd BP5, 6 ədəd F-1 əl qumbaraları, 200 ədəd 7.62 mm-lik SVD patronları, 1 ədəd Kalaşnikov markalı avtomat, 5 ədəd avtomat darağı və 287 ədəd 7.62 mm-lik avtomat patronu aşkarlanıb.

 

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama