Modern.az

Nazirlikdən valideynlərə çağırış - Övladlarınızı ildə bir dəfə müayinədən keçirin

Nazirlikdən valideynlərə çağırış - Övladlarınızı ildə bir dəfə müayinədən keçirin

Aktual

17 Noyabr 2023, 10:48

"Valideynlər heç olmasa ildə bir dəfə övladlarını müayinədən keçirməlidirlər".

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda deyib.

 

Onun sözlərinə görə, məsuliyyətli valideynlər gələcəyin sağlam övladı, fərdi deməkdir: "Valideynlərlə yanaşı, uşaqlar da öz hüquqlarını bilməli, sağlamlıqlarının keşiyində dayanmalıdırlar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama