Modern.az

25 erməni Qarabağdan Ermənistandakı qohumlarına videozəng edib

25 erməni Qarabağdan Ermənistandakı qohumlarına videozəng edib

17 Noyabr 2023, 11:50

Sentyabr-oktyabr aylarında Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə Qarabağdan Ermənistana 220 nəfərin cəsədi aparılıb ki, onların arasında Xankəndidəki yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışın qurbanları da var.


Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məlumatında bildirilib.

“Biz yaralıların və tibbi yardım alanların təxliyəsini, həmçinin ailələrin birləşdirilməsini və qalıqlarla ləyaqətlə rəftar edilməsini dəstəklədik”, - məlumatda qeyd edilib.

 
Bildirilib ki, həmin müddət ərzində Ermənistana 124 yaralı və tibbi xəstə köçürülüb.


Təxminən 2500 nəfər BQXK-nın ofisinə zəng vurub və ya ziyarət edib, itkin düşmüş qohumunu axtarıb və məlumat istəyib.

“Qarabağda 25 nəfər Ermənistandakı və digər ölkələrdəki qohumları ilə videozənglər və telefon zəngləri vasitəsilə əlaqə saxlaya bilib”, - BQXK-dan bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama