Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun (1923-1980) 100 illiyinə həsr olunmuş gecədə teatrın hazırladığı “Sənsiz” tamaşasının premyerası olub.
Modern.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tamaşa zamanı çəkilən fotoları paylaşıb.
Fotolardan məlum olur ki, tədbirdə millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
İştirak edənlər arasında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev də olub. O, tədbirə həyat yoldaşı ilə qatılıb.
Qeyd edək ki, Əbülfəs Qarayev Tofiq Kazımovun kürəkənidir. Eks-nazir Tofiq Kazımovun qızı Lalə Kazımova ilə evlidir. Sabiq nazir dünənki tədbirə ev sahibi qismində qatılıb.
Əbülfəs Qarayev 2020-ci ildə vəzifəsindən azad edilib.
Həmin fotonu təqdim edirik: