Modern.az

Mənzildə köməksiz qalan şəxs xilas edildi

Mənzildə köməksiz qalan şəxs xilas edildi

17 Noyabr 2023, 12:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə daxil olan xilasedicilər tərəfindən yaşlı qadına müvafiq köməklik göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama