Modern.az

“Biz qayıdacağıq...” filminin təqdimatı olacaq

“Biz qayıdacağıq...” filminin təqdimatı olacaq

17 Noyabr 2023, 14:34

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyi “Biz qayıdacağıq...” sənədli filmini təqdim edəcək.


Modern.az-ın məlumatına görə, sənədli filmin təqdimatı 18 noyabr 2023-cü il tarixində, saat 11:00-da olacaq.

"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin sədri Bəhruz Məmmədzadə sənədli filmin çəkilməsində əsas məqsədin tarixi missiyanın davam etdiyini və tarixi missiya üçün yaradıcı işlərə daha çox ehtiyac olduğunu vurğulayıb:

“Biz hərbi və ya mülki həyatımızda tarixi missiyamızı davam etdirməliyik. Gələcək üçün sağlam və faydalı fəaliyyətləri icra etməliyik. Yorulmamalıyıq”.
 

Sənədli film Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veyeranları Təşkilatının akt zalında təqdim olunacaq.
 

Sənədli filmin təqdimatı ictimaiyyətə açıqdır (ünvan: AZ 1007 Bakı Nərimanov rayonu, Kaveroçkin küçəsi 34).

Film "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı - Biz Qayıdacağıq!" layihəsi çərçivəsində hazırlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama